Türkiyə kəşfiyyatının 87 üzvü işdən çıxarılıb

Foto arxiv

Türkiyənin Milli Kəşfiyyat Agentliyinin (MİT) 87 üzvü Gülen-lə əlaqədə günahlandırılaraq işdən qovulub. Onlardan 52-nə qarşı cinayət işi qaldırılıb. Rəsmi məlumata görə, çevriliş cəhdindən bəri 141 MİT işçisi qovulub, 100-ü ilə bağlı araşdırma başa çatıb.

Türkiyə hökuməti 15 iyun çevriliş cəhdinin arxasında Gülen-in dayandığını bildirir. Gülen-in tərəfdarlarını üzə çıxarmağa çalışdığını deyən hökumət genişmiqyaslı təmizləmə aparıb, 100 mindən çox hərbçi, polis işçisi və mülki vətəndaş işdən azad olunub, ya da həbsə atılıb.

Ankara ABŞ-da sığınan Gülen-in ekstradisiyasını tələb etsə də, Vaşinqton onun həbsi üçün kifayət qədər dəlil olmadığını bildirib. Fethullah Gülen özü çevriliş cəhdiylə bağlı ittihamları rədd edir.