Manat referendumdan sonra da möhkəmləndi

Bakıda Exchange

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın sentyabrın 28-nə olan məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, sentyabrın 28-də bir dollar 1,6252 manat səviyyəsində müəyyən olunub.

Bu gün, sentyabrın 27-də bir dollar 1,6292 manata bərabər olmuşdu.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən bir qədər dəyər qazanıb. Halbuki, son 3 ayda manat tədricən dəyər itirirdi.