Klinton ilk debatda Trampı uddu- Reuters

Hillary Clinton və Donald Trump

Reuters və İpsos şirkətinin keçirdiyi rəy sorğusuna görə, Hillary Clinton bazar ertəsi keçirilən debatda rəqibi Donald Trumpu 4 faiz qabaqlayıb.

Onun tərəfdarları bunu alqışlarla qarşılayıb.

“Hillary ona görə qalib gəldi ki,sakit idi və özünə inanırdı. O, Trumpun hücumlarına yaxşı cavab verdi, o isə yox. Bundan başqa onun çıxışını eşidəndə başa düşdük ki, çox şeyi düz demir və bunu faktlarla asan təsdiqləmək olar”, Clintonun Con Malson adlı tərəfdarı deyir.

Mövqei hələ ki, qeyri-müəyyən olan Antonio Maktir isə deyir ki, Trump nə danışdığını bilmək üçün debata yaxşı hazırlaşmalı idi, amma heç olmasa özünü həmişəki kimi küt aparmadı.

Reutersin sorğusuna görə, namizədlərin debatda çıxışı və davranışı seçicilərin yarısına, ilk növbədə də qeyri-müəyyənlərə təsir edir ki, hazırda onların sayı təxminən 27 milyondur.

Trump özü isə deyib ki, Klintonla debatı udub.

Oktyabrda daha 2 debat, noyabrın 8-də isə prezident seçkisi keçiriləcək.