İqtisadiyyat 2.5 faiz azalacaq

Xəzər

Asiya İnkişaf Bankının Azərbaycanla bağlı proqnozları daha da pessimistləşib.

Asiya İnkişaf Bankı (AİB) 2016-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2.5 faiz azalmasını proqnozlaşdırır.

«Turan»ın xəbərinə görə, bu haqda bankın «Asian Development Outlook 2016» yenilənmiş icmalında bildirilir.

AİB əvvəlki icmalında Azərbaycanda 1 faizlik resessiya proqnozlaşdırmışdı.

Bank 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1 faiz səviyyəsində saxlayıb.

Bankın araşdırmalarına görə, Azərbaycanda 2016-cı ildə 12, 2017-ci ildə isə 5.2 faizədək inflyasiya gözlənilir.

Bank qeyd edir ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələrin iqtisadiyyatı neft və qazın ucuzluğu ilə bağlı təzyiq altında qalacaq.

AİB öz proqnozlarını 2017-ci ildə təbii resurslara tələbin və qiymətin artacağı ilə izah edir.

Azərbaycan Dövlət Statistika Komitəsi bu il avqustun sonunda bildirib ki, son bir ildə ölkədə ÜDM 3.1 faiz azalıb.