Hərbçilərin getdiyi avtobus partladılıb

Foto arxiv

Türkiyənin cənub-şərqində hərbçilərin avtobusu partladılıb, təhlükəsizlik qüvvələrindən 10 nəfər ölüb, 8-i yaralanıb. Hadisə sentyabrın 26-da, daha çox kürdlərin məskunlaşdığı regionda--Derik və Qızıltəpə şəhərləri arasındakı yolda baş verib.

Partlayışa görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib. Türkiyə hökuməti qadağan olunmuş Kürd İşçi Partiyasını (PKK) günahlandırır.

PKK ilə türk təhlükəsizlik qüvvələri arasında döyüşlərin sayı keçən ildən artıb. Bu döyüşlərdə 600-dən çox əsgər, minlərlə PKK-çı ölüb.

Türkiyədə 15 milyona qədər kürd yaşayır, onların muxtariyyət uğrunda mübarizəsi 1984-cü ildən bəri 40 mindən çox adamın ölümünə səbəb olub.