Rus hərbçilər raket gəmisi ilə Bakıya gəlir

Rusiya hərbi gəmisi

Sentyabrın 27-də Rusiyanın Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçuk Bakıya rəsmi səfər edəcək.

O, Bakıya dənizdən, “Uqliç” kiçik raket gəmisi ilə gəlməlidir.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, S.Pinçuk səfər çərçivəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşəcək, Heydər Əliyev adına Ali Hərbi məktəbə gedəcək.

Buna da bax:​ ll Müdafiə Sərgisinə hazırlıq gedir

Nümayəndə heyəti Bakıda keçiriləcək “ADEX-2016” 2-ci beynəlxalq müdafiə sərgisinə də qatılacaq.

Səfərin sentyabrın 30-dək davam edəcəyi bildirilir.

Sabah, sentyabrın 27-də Bakıda “ADEX-2016” 2-ci beynəlxalq müdafiə sərgisi başlayacaq. Sərgi sentyabrın 30-na kimi davam edəcək.