Saakashvili Gürcüstana getsə həbs olunacaq

Mikheil Saakashvili

Gürcüstanın daxili işlər nazirliyi keçmiş prezident Mikheil Saakashvilinin ölkəyə gələcəyi halda həbs olunacağını bəyan edib.

“Novosti Gruzii” saytının məlumatına görə, bunu daxili işlər naziri Georgi Mgebrishvili deyib.

Ölkənin ədliyyə naziri Teya Tsulukani də bundan əvvəl Saakashvilinin ölkəyə gələcəyi halda həbs olunacağını bildirmişdi.

Saakashvili 2016-cı ilin mayında Gürcüstana dönmək və fəal şəkildə siyasi proseslərə qoşulmaq fikrində olduğunu bildirimişdi.

Səlahiyyətlərindən sui istifadə də daxil olmaqla bir sıra cinayət əməllərində ittiham olunan Saakashvili ölkə daxilində axtarışa verilib.

Keçmiş prezident hazırda Ukraynanın Odessa vilayətinin rəhbəridir.

O, Gürcüstan vətəndaşlığından məhrum edilib.