Ronaldo Zidanın qərarından əsəbləşdi-(Video)

Cristiano Ronaldo

Bu sentyabrın 25-də La Liqa çərçivəsində “Las Palmas”la görüşün (2:2) 72-ci dəqiqəsində baş verib.

“Madrid” 2:1 irəlidə olarkən Zidane Ronaldonu Lucas Vazquezlə əvəz edib və bu Cristiano Ronaldonu əməlli-başlı cinləndirib.

Kadrlarda da onun qərardan narazı qaldığı və hirsləndiyi görünür.

Zidane isə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, bu Ronaldonun yaxşı oynamaması ilə bağlı deyil.

“Çərşənbə axşamı oyunumuz var. Cristiano da hərdən dincəlməlidir. Bu məhz, buna görədir. O, yaxşı oynadı. Onu növbəti oyuna görə dəyişdim”, deyə o bildirib.

Zidan qeyd edib ki, Cristiano həmişə meydanda olmaq istəyir, amma onu da hərdən dəyişməliyik və bunu, bu gün elədik, bu heç nəyi dəyişmir.

Qeyd edək ki, son vaxtlar mətbuatda Zidane ilə Ronaldo arasında narazılıq olması barədə ara-sıra məlumatlar dolaşır.