ABŞ-ın prezidentliyə namizədləri bu gün ilk dəfə üzbəüz debata çıxacaqlar.
Namizədlər Hillary Clinton-la Donald Trump-ın ilk debatı sentyabrın 26-sı, yerli vaxtla axşam saat 9-da Hofstra Universitetində olmalıdır.
Amerikada prezident seçkisi noyabrın 8-də keçiriləcək. İndi seçkiqabağı kampaniyanın son mərhələsi başlayıb və qaydaya görə, namizədlər daha iki dəfə üzbəüz debata qatılmalıdırlar.
«Reuters/Ipsos»un sorğuları nəticəsində məlum olub ki, seçicilərin yarısı qərarını qismən də olsa, debatlara əsasən vermək fikrindədir.
Teledebatı 90 milyona qədər tamaşaçının izləyəcəyi gözlənir.