Referendumun nəticələri elan edildi

İllüstrasiya

İsveçrəlilər ölkənin xüsusi xidmət orqanlarının səlahiyyətlərinin genişləndirilməsinə "hə" deyiblər.

Sonuncu referendumun nəticələri açıqlanıb.

Seçicilərin böyük əksəriyyətinin səs verdiyi dəyişikliklər xüsusi xidmət orqanlarına cinayətlərdə şübhəli bilinənlərin telefonlarını dinləmək, onların İnternet yazışmalarını izləmək imkanı verir.

Bundan başqa seçicilər qocalığa görə verilən pensiyaların artırılmasının əleyhinə səs veriblər.

Isveçrənin çox özünəməxsus demokratik sistemi var. İnsanlara parlamentin qəbul etdiyi qanunları dəyişmək imkanı verilir.

Hansısa qanuna dəyişikliyin səsverməyə çıxarılması üçün 50 min seçici imzasının toplanması bəs edir.

Ona görə hər il bir neçə referendum keçirilə bilir.