Sentyabrın 25-də Xəzər dənizində adam batıb

Xəzər dənizi

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Suraxanı rayonunda dənizdə, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat alıblar.

“Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 51 yaşlı Şaiq Ağamirzəyevin cəsədi batdığı yerdən 30 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.