Hava buludlu, amma yağmursuz keçəcək

Buludlu hava

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.

Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirirlər ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağa bilər.

Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 15-17 dərəcə, gündüz 21-23 dərəcə olacağı gözlənir.

Azərbaycanın bölgələrində isə yağış gözlənmir.

Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimal edilir.