Daha 5 sahibkara ‘travel-ban’ tətbiq edildi

Vergilər nazirliyi

Vergilər Nazirliyi vergi borcuna görə daha 5 sahibkara Azərbaycandan çıxmağı qadağan edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artıb. İndi 500-ə yaxın hüquqi şəxsin icra orqanlarının rəhbəri vergi borcuna görə ölkəni tərk edəmməz.

Buna da bax:​ Sahibkarları pulları qədər, riskləri də fərqləndirirsə...

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı dəyişməyib və hazırda 328 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Vergilər Nazirliyinin vergi borcuna görə ölkədən çıxışını əngəllədiyi sahibkarların sayı 800-dən çoxdur. Nazirlik bildirir ki, bu sahibkarların birgə 93,6 milyon manat vergi borcu var.