‘Rusiyaya qarşı dözümümüz limitsiz deyil’

Ağ evdə Suriya söhbəti

ABŞ və və onun Avropa müttəfiqləri deyiblər ki, Suriyada atəşkəsin pozulmasında Moskvaya qarşı səbirləri “limitsiz” deyil.

Britaniya, Fransa, Almaniya, İtaliya, ABŞ-ın xarici işlər naziri və AB-nin xarici siyasət idarəsinin rəhbərliyi sentyabrın 24-də görüşdükdən sonra yaydıqları bəyanatda bunu bəyan ediblər.

Bəyanatda deyilir ki, Rusiya atəşkəsin dayandırılmasında, münaqişənin danışıqlar yolu ilə həlli üçün diplomatik səylərin bərpasında, regiona humanitar yardımların çatdırılmasında və BMT-nin aparıcılığı ilə siyasi keçidin təmin olunmasına şəraitin yaradılmasında qərarlı olmasını ortaya qoymalıdır.

Buna da bax:​ Rusiya hələ də Suriyanı bombalayır

Nazirlər BMT-nin Təhlükəsizlik Şurasından Hələbdə baş verən son hücumlara görə “bu qəddarlığa son verən addımlar” atmasını tələb ediblər.

Təhlükəsizlik Şurası sentyabrın 25-də Nyu-Yorkda Britaniya, Fransa və ABŞ-ın xahişi ilə təcili toplaşır.

ABŞ və Rusiyanın vasitəçiliyə bərpa edilmiş atəşkəs sentyabrın 19-dan pozulmağa başlayıb. Suriya ordusu müxalifətin əlində olan Hələbi bombalayıb.