ABŞ rəsmilərinin məlumatlarını oğurlayan hakerə hökm oxundu

Kosovo hakerləri

1300-dən çox ABŞ hökumət və hərbçiləri ilə bağlı məlumatları özünü «İslam Dövləti» adlandıran yaraqlılara ötürməkdə təqsirli bilinən kosovolu haker ömrünün 20 ilini həbsxanada keçirəcək.

ABŞ-ın Ədliyyə Departamenti bildirib ki, Ardit Ferizi 2015-ci ildə Malayziyada həbs olunmuş və Amerikaya ekstradisiya edilmişdi.

Ədliyyə Departamenti bildirib ki, onlar ilk dəfədir ki, ölkənin milli kiber-təhlükəsizliyinəreal və ciddi təhlükə görüblər.

Məhkəmə sənədlərinə görə, «Th3Dir3ctorY» kimi tanınan A.Ferizi ABŞ-ın dövlət kompüterlərinə girərək 1300-dən çox hərbçi və dövlət məmurunun şəxsi məlumatlarını oğurlayıb.

Onun bu siyahını britaniyalı haker, İŞİD-lə əlaqədə olduğu bildirilən Junaid Hussain-ə verdiyi məhkəmə sənədlərində öz əksini tapıb.

Hussain ötən ilin avqustunda Twitter hesabında yazırdı: «Bizdə sizin e-poçtlarınız, kompüter sisteminiz var, hər şeyi görə və qeyd edə bilirik. Bizdə sizin adlarınız və ünvanlarınız var».