Səfir Amerika mübadilə proqramlarının məzunları ilə görüşüb

Robert Cekuta

ABŞ-ın Azərbaycandakı səfiri Robert F.Cekuta sentyabrın 23-ü axşam saatlarında öz iqamətgahında ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarının 300-dən çox məzunu üçün qəbul təşkil edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna bildirilib ki, tədbirə yeni qayıtmış məzunlar və keçmiş illərin məzunları qatılıblar.

Mərasimdə 2016-2017-ci il üzrə «Alumni MAX» proqramının qaliblərinin adları açıqlanıb.

ABŞ-dan gələn «Matuto» qrupu da öz musiqi proqramı ilə çıxış edib.

Səfirlik bildirir ki, qrup Bakı, İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb.

«Matuto» qrupunun Azərbaycandakı bütün çıxışları pulsuz və ictimaiyyət üçün açıqdır.

ABŞ mübadilə proqramlarının Azərbaycanda 6 minə yaxın məzunu var.