23 mindən artıq siqaret aşkar edilib

Foto illüstrasiya

Rusiyadan gələn azərbaycanlıların maşınlarında gömrükdən gizlədilən siqaret tapılıb.

Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, Xaçmaz Gömrük İdarəsi əməliyyat məlumatı əsasında Rusiyadan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərinə baxış keçirib. Yoxlama zamanı ayrı-ayrı avtomobillərin salonunun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 2 adda 23 min ədəddən çox siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.