Bakıda körpüdən yıxılan şəxs ölüb

Polis

Daxili İşlər Nazirliyi bildirir ki, sentyabrın 24-də paytaxt sakini Xalid Zairov Babək prospektindəki körpüdən yıxılaraq avtomobil yoluna düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

İlkin ehtimallara görə, şəxs sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.