Konstitusiyanı ucadan oxuduğuna görə cərimə olundu

Konstitusiya

Moskvada sentyabrın 23-də fəal Viktor Kapitanov Konstitusiyanı oxuduğuna görə 250 min rubl cərimələnib.

Rusiya mediası xəbər verir ki, məhkəmə Kapitanov-u ikinci dəfə ictimai tədbirin təşkilində qanunu pozmasında təqsirli bilir.

Sentyabrın 12-də Dövlət Dumasının binası qarşısında polis yüksək səslə Konstitusiyanı oxuyan altı fəalı saxlamışdı.

Fəalların hamısı icazəsiz aksiya keçirməkdə ittiham olunaraq saxlanmışdı.