Lavrov:"ABŞ üzərinə xüsusi məsuliyyət düşür"

Lavrov

BMT Təhlükəsizlik Şurasının Suriyada mötədil müxalifəti terrorçulardan ayırmaq tələbinin icrasında xüsusi məsuliyyət ABŞ və onun müttəfiqlərinin üzərinə düşür.

Bunu sentyabrın 23-də BMT Baş Məclisindəki çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, Rusiyanın səyləri sayəsində Suriyada dövlətçiliyi dağılmaqdan xilas etmək mümkün oldu.