Erdoğan Vaşinqtondan narazılığını bildirir

Kobane

Türkiyə prezdenti Recep Tayyip Erdogan Nyu Yorkda deyib ki, Suriyanın silahlı kürd birləşmələrinin terrorçu təşkilat olduğunu Türkiyənin təkrar etməsinə baxmayaraq ABŞ Suriya kürdlərinə daha çox silah göndərir.

Sentyabrın 22-də Erdoğan deyib ki, ABŞ 3 gün öncə Suriyanın şimalındakı Kobane şəhərinə silahla dolu iki təyyarə göndərib. Silahlar kürdlərin Xalq Müdafiə Birləşmələrinə (YPG) vəDemokratik Birlik partiyasına (PYD) verilib.

Erdoğan deyib ki, ABŞ İslam Dövləti Təşkilatına qarşı mübarizədə Xalq Müdafiəsi Birləşmələrinə tərəfdaş kimi baxmaqda yanılır.