Güclü külək, yağış gözlənilir

Yağış

Sentyabrın 24-ü Bakı və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 16-19, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.

Sentyabrın 24-də Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 11-16 dərəcə isti təxmin edilir.