UEFA prezidenti Bakıya gələcək

Aleksander Ceferin

UEFA-nın prezidenti Aleksander Ceferin və baş katib Teodor Teodoridis sentyabrın sonlarında Bakıya gələcək.

AZƏRTAC xəbər verir ki, səfər Avro-2020-nin dörd oyununa ev sahibliyi edəcək Bakıda yeni loqonun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək.

Qitə futbol qurumunun rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib. Mərasim sentyabrın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Aleksander Ceferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

2020-ci il futbol üzrə Avropa Çempionatının oyunları 13 müxtəlif şəhərlərdə keçiriləcək. Həmin oyunlardan 4-ü də Bakının payına düşür.