Qazaxıstan prezidenti Nursultan Nazarbaev oktyabrın 12-də Azərbaycana gələcək.
«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında bildirib.
«Biz Nursultan Abishevich-in səfərini səbirsizliklə gözləyirik. Qazaxıstan və Azərbaycan prezidentləri arasında qardaş münasibətlər iki müstəqil dövlətin siyasi, iqtisadi, dost əlaqələrinin söykəndiyi iki sütundur», - N.Əliyev vurğulayıb.
Səfərin detalları, hələlik, açıqlanmır.
Sentyabrın 21-i və 22-də Astanada Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib.