Suriyanın hərbi təyyarəsi Dəməşq ətrafında qəzaya düşüb.
Bu barədə sentyabrın 21-də Reuters agentliyi məlumat yayıb.
Amma təyyarənin vurulması və ya texniki səbəbdən qəzaya düşməsi hələlik bəlli deyil.
Təyyarə Şərqi Kalamuna rayonunda-Dəməşqin ətrafında qəzaya düşüb.
Pilotun taleyi bəlli deyil.
Amma TASS-ın məlumatına görə, Suriyanın müdafiə nazirliyi pilotun sağ olduğunu bildirib.
Nazirliyin xəbərinə görə, təyyarə “İslam Dövləti” qrupuna qarşı tapşırığı yerinə yetirdikdən sonra qəzaya düşüb.