Sentimental şeirlərdən ibarət "Sentimentyabr" çıxıb

Book cover of "Sentimentyabr" by azeri poet Seymur Su.

-

Gənc şair Seymur Sunun yeni kitabı işıq üzü görüb. "Sentimentyabr" adlanan kitabda şairin son illər yazdığı 87 heca və sərbəst şeiri toplanıb. Kitab oktyabrın 2-si saat 16:00-da "Başla" kitab kafesində oxuculara təqdim olunacaq. Müəllif Oxu Zalına bildirib ki, kitabda əsasən duyğusal sevgi şeirləri toplandığı üçün belə adlandırılıb.