Erdogan indi də Ukraynanı dəstəkləyir

Recep Tayyip Erdogan

“Krımın Rusiyaya tərəfindən ilhaq edilməsində Ankaranın mövqei dəyişməzdir”.

Bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan BMT-nin baş assambleyasının Nyu-Yorkda keçirilən sesiyası çərçivəsində ukraynalı həmkarı Poroshenko ilə görüşdə deyib.

Məlumatı Rusiyanın RİA Novosti qəzeti Ukrayna prezidentinin rəsmi saytına istinadla yayıb.

Məlumata görə, Erdogan deyib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası məsələsində Kiyevi dəstəkləməkdə davam edəcək.

O, həmçinin qeyd edib ki, Rusiya ilə dialoqon bərpası ümumilikdə Krım və Krım tatarlarının hüquqlarının pozulması məsələsində Türkiyənin mövqeinə təsir göstərməyəcək.

Qeyd edək ki, Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

Kiyev və beynəlxalaq aləm bunu Ukraynanın ərazi bütövlüyünün pozulması hesab edir.

Qeyd edək ki, ABŞ-da daxil olmaqla Beynəlxalq aləm Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.