Hərbçilər qəzaya düşüb

Foto arxiv

Sentyabrın 20-si saat 22:20 radələrində Gəncə-Daşkəsən yolunda hərbçilər qəzaya düşüb.

«Report»un xəbərinə görə, «VAZ -2107» markalı avtomobillə təcili yardım maşınını toqquşub.

Bu zaman avtomobildə olan 3 hərbçinin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Qəzaya uğramış təcili yardım maşınının Göygöl Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.