Naxçıvan əhalisi 450 min nəfərə çatıb

Naxçıvan

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb.

APA Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,2016-cı il avqustun 1-nə olan məlumata görə, muxtar respublika əhalinin sayı 447 min 104 nəfərə çatıb.

Bu bir il öncəyə nisbətdə əhalinin sayının 4 min 894 nəfər və ya 1.1 faiz artması deməkdir.

Ancaq bəzi müstəqil ekspertlər muxtar respublikada o qədər insanın yaşamasına inanmırlar. Ekspertlərin deməsinə görə, Naxçıvan əhalisinin bir hissəsi çörəkpulu dalınca Türkiyəyə gedib. Onların deməsinə görə, bəzi insanlar isə muxtar respublikada qeydiyyatda olsalar da, Bakıda yaşayırlar.