Hücum etməmişdən qabaq soruşub ki, müsəlmansanmı?

arxiv fotosu

Polis bildirib ki, özəl təhlükəsizlik xidmətinin formasında olan kişi Minnesota ştatında ticarət mərkəzində 8 adamı bıçaqlayıb.

St.Cloud şəhərində sentyabrın 17-də olan bu hücumda adı çəkilməyən həmin şəxs polis tərəfindən güllənib.

St.Cloud şəhərinin polis rəsi Blair Anderson deyib ki, adamlara hücum edən həmin şəxs “Allahın adını çəkirmiş”.

Polis rəisi deyib: “Biz dəqiqləşdirdik ki, o, bıçaqladığı ən azı bir adamdan hücum etməmişdən qabaq soruşub ki, müsəlmandırmı?”

Ancaq Anderson bu hücumun terrorizm olub-olmasını deməyib, bildirib ki, bıçaqlamağın motivibilinmir.

St.Cloud ştatın ən böyük şəhəri olanMinneapolisdən 113 km şimal-qərbdədir.