Rusiya: ABŞ-la Suriyadakı razılaşma təhlükə altındadır

Suriya, Bomba hücumundan sonra. 11 Sent. 2016

Rusiya ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin Suriyanın Deyr a-Zaur məntəqəsinə zərbələr endirməsinə etirazını bildirib.

Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, bu, ABŞ və Rusiya arasında bağlanmış sülh razılşamasını təhlükə altına atıb.

Buna da bax: ABŞ koalisiyası Assad qüvvələrini səhvən vurub

Sentyabrın 17-də ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi zərbələr nəticəsində Suriyanın 62 əsgəri həlak olub.

ABŞ bildirib ki, bu addım səhvən atılıb.

ABŞ Mərkəzi komandanlığı bildirib ki, koalisiya təyyarələri Rusiya rəsmilərinin məlumatını aldıqdan sonra hücumu dərhal dayandırıb.