'Boko Haram'ın 38 silahlısı öldürülüb

«Boko Haram»

Nigerdə «Boko Haram» terror təşkilatının 38 silahlısı öldürülüb.

Xəbəri ölkənin Müdafiə Nazirliyi yayıb.

Terrorçulara qarşı keçirilən əməliyyat zamanı onların çoxlu sayda silah-sursatı da ələ keçirilib.

«Boko Haram» terrorçuları 2015-ci ildən «İslam Dövləti» (İŞİD) qruplaşması ilə işbirliyində olduğunu bildirib.