Üzeyir Hacıbəyli yad edilib

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

Sentyabrın 17-də mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri Xiyabanda bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Xəbəri «Report» yayıb.

Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçirilib, Milli İncəsənət Muzeyinin bağındakı «Güllələnmiş heykəllər» abidəsi də ziyarət olunub.

Sentyabrın 18-i Azərbaycan professional musiqi sənətinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür.

1995-ci ildə bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzalanan prezident fərmanı ilə hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.