Atəşkəs rejimi 9 dəfə pozulub

Qarabağda erməni əsgər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelər atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Sarıcalı kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.