Kərpic kəsən kişinin foto- dastanı

Qusarın Suvacal kəndinin bir hissəsinin görünüşü

Şahlar kişi deyir ki, 1 maşın torpaqdan 300 kərpic və 3 saman pressindən istifadə edir

Şahlar kişi kərpic hazırlamaq üçün araba ilə qara torpaq gətirib

Bir arabadan iki kərpic hazırlamaq mümkündür

Kərpic hazırlamaq üçün torpağı samanla qarışdırır

Şahlar kişi samanı əlinin içində ovaraq torpağa tökür ki, saman hər tərəfə yayılsın

Kərpicin keyfiyyətli olması üçün saman torpaqda tam qarışmalıdır

Günəşin altında işləmək çətin olsa da Şahlar kişi artıq buna öyrəşib

Kərpicin daha keyfiyyətli olması üçün Şahlar kişi, əli ilə palçıqda iri daşların olub-olmamasını yoxlayır

Kərpic üçün hazırlanmış xüsusi qəliblər

Hazırlanmış kərpic sonradan qurumaq üçün 2-3 gün açıq hava saxlanılır

Bir kərpicin hazırlanmasına təxminən 5-10 dəqiqə vaxt getdiyini  deyir Şahlar kişi

Əvvəllər 300-400 kərpic kəsməyə gücü çatırdısa indi 100-200 kərpic kəsir

Tam hazırlanan palçıq sonradan xüsusi qəliblərə doldurulur

Şahlar kişi işini yekunlaşdırdıqdan sonra alətlərini toplayaraq

Şahlar kişinin müştəri üçün hazırladığı kərpiclər

Kəsdiyi kərpici isə 30 qəpiyə satırdı. Son zamanlar baş vermiş devalivasiya Şahlar kişinin işinə də təsirsiz ötüşməyib

Şahlar kişi ümid edir ki, kərpicin qiyməti yenidən qalxacaq və dolanışı düzələcək