Azərbaycana avtomobil idxalı ötən illə müqayisədə azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında Azərbaycana 3 min 454 avtomobil gətirilib. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 min 692 ədəd (6.1 dəfə) azdır.
Ölkəyə gətirilən avtomobillərin 54-ü mikroavtobus, 2 981-i minik avtomobilləri, 342-si yük maşını, 77-si isə xüsusi təyinatlı nəqliyyat vasitələridir.