Məzənnə 1,6375-də qaldı

Bakıda Exchange

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın sentyabrın 16-na olan məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, sentyabrın 16-da bir dollar 1,6375 manata bərabər olacaq.

Sentyabrın 15-də də elə bir dollar 1,6375 manat olmuşdu.

Son günlər manat dollara nisbətən cüzi dəyər qazanıb. Halbuki, axır 3 ayda manata tədricən dəyər itirmişdi. Son valyuta hərraclarına daha çox dollar çıxarılır.