Beynəlxalq qiymətləndirmə missiyası Bakıda

Statistika Komitəsi

Sentyabrın 12-dən 16-na kimi Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası Azərbaycan Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsini keçirəcək.

Xəbəri Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Xəbərdə bildirilir ki, sentyabrın 12-də Dövlət Statistika Komitəsində Qiymətləndirmə üzrə Beynəlxalq Qrupun üzvləri ilə görüş keçirilib.

Auditin məqsədi milli statistikanın Avropa statistikası normalarına uyğunluğunu öyrənməkdir. Auditin nəticəsi olaraq ölkənin rəsmi statistika sisteminin müasir səviyyəsi qiymətləndiriləcək.