Həcc ziyarəti başlayır

Sizin brauzer HTML5-i dəstəkləmir

Məkkədə Həcc ziyarəti başladı

Sentyabrın 10-dan Səudiyyə Ərəbistanın Məkkə şəhərində Həcc ziyarəti başlayır.

Builki mərasimdə bütün dünyadan 1 milyon yarım müsəlman iştirak edir.

Ötən il Məkkədə ziyarət zamanı baş vermiş basabasda 2 mindən çox zəvvar ölmüşdü. Onlardan çoxu İran vətəndaşları idi.

Müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət etmək İslam dininə görə, vacib əməldir.

Dinə görə, hər bir müsəlman, heç olmasa, bir dəfə Məkkəni ziyarət etməlidir.