Clinton-la Trump-ın söz mübarizəsi qızışır

Donald Trump-Hillary Clinton

«İrqçilər, əcnəbilərin düşmənləri, islamofoblar... Daha ağlınıza nə gəlirsə...».

Bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton Respublikaçılar Partiyasının namizədi Donald Trump-ı müdafiə edənlərə xitabən söyləyib.

Trump-ın seçki qərargahı bildirib ki, Clinton-un bu sözləri milyonlarla amerikalıya həqarətdir. Trump-ın sözçüsü Jason Miller isə bildirib ki, Hillary Clinton-un maskası düşüb: «Onun amerikalılar haqda nə düşündüyü ortaya çıxdı».

Clinton-un seçki qərargahı isə bildirib ki, namizədləri bu ifadələri ifrat sağçıların ünvanına işlədib.

ABŞ-da prezident seçkiləri noyabr ayında keçiriləcək.