Doğulanda cəmi 226 qram idi

Foto illüstrasiya

Dünyanın ən kiçik körpəsi olan Emilia Grabarczyk 9 ayını uğurla başa vurub. Emilia 9 ay əvvəl Almaniyada doğulub.

Doğulanda onun çəkisi 226 qram, boyu isə cəmi 22 sm olub.

Emilia-nın bu müddət ərzində həyatda qalmaq əzmi həkimləri belə heyrətləndirib. Hazırda körpənin çəkisi3 kiloqram 231 qram, yəni sağlam doğulan körpənin çəkisi qədərdir.

Emilia dünyada vaxtından əvvəl doğulmuş ən kiçik körpədir.