Uçot dərəcəsi 15 faizə qaldırıldı

Mərkəzi bank

Uçot dərəcəsi tarixi maksimumu yenilədi

Mərkəzi Bankın (MB) İdarə Heyəti sentyabrın 14-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12, yuxarı həddini 18, uçot dərəcəsini isə 15 faizə qaldırıb.

Buna da bax:​ Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

MB-dən verilən məlumatda bildirilir ki, son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq bu tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb. “Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etməkdir. Bu məqsədilə Dövlət Neft Fondu və Mərkəzi Bank hərraclarda xarici valyutanın təklifini əhəmiyyətli şəkildə artırıb”, - deyə məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq MB pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib.

Son dəfə uçot dərəcəsi 2008-ci ildə 15 faiz olub.

Buna da bax:​ 'Faizləri artırmağın zamanı gəlib'

MB bundan əvvəl 3 dəfə uçot dərəcəsini artırıb. Daha əvvəl - fevralın 15-də uçot dərəcəsini 3 faizdən 5 faizə, martın 4-də 5 faizdən 7 faizə yüksəltmişdi. Avqustun 8-dən uçot dərəcəsi 9,5 faizə qaldırılmışdı.

Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi)-Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir.

Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir. Onlar da öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir