Özbəkistana o, rəhbərlik edəcək

Shavkat Mirziyaev

-

Sentyabrın 8-də Özbəkistan parlamentinin qəbul etdiyi qərarla baş nazir Şövkət Mirziyayev prezidentin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Ölkə prezidenti İslam Kərimov ötən həftə vəfat edib.

Mirziyayev 1990-cı ildə Özbəkistan Ali Sovetinin deputatı seçilib.

Bundan sonra Daşkəndin Mirzə-Uluqbəy rayonunun, daha sonra Səmərqənd vilayətinin rəhbəri seçilib.

2003-cü ildə baş nazir təyin edilib.

Yeni prezident seçkilərinin nə vaxt keçiriləcəyi hələ bəlli deyil.

Buna da bax: Karimovun ehsan xərclərini məmurlara ödədirlər