Hərracda 50 milyon dollar satılıb

Dollar

Bu gün, sentyabrın 6-da növbəti valyuta hərracı keçirilib.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bildirir ki, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsait hərraca qatılan 30 banka satılıb.

Ölkədəki bankların çoxu artıq bir neçə gündür ki, dollar satışını dayandırıb. «Qara bazar»da 1 dolların 1 manat 80 qəpiyə -2 manata satıldığı bildirilir.

Bəzi agentliklərin xəbərinə görə, əslində, hərracda dollara tələbat daha yüksək olur.

Hazırda Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 1 dollar 1.6362 manata bərabərdir.