E.Məmmədyarov Fransaya gedib

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 6-da Fransaya gedib.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, bu səfərdə məqsəd sentyabrın 7-də Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etməkdir.

E.Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.