Müalicə olunan əlil uşaqlar 40 faiz artıb

Foto arxiv

2015-ci ildə Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzinə (UBMM) (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olub.

Xəbəri Səhiyyə Nazirliyi yayıb.

Xəbərə görə, 2016-cı ilin ilk 6 ayı ərzində isə bu göstərici 88 olub.

2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gələnlərin (ilk və növbəti gəliş) sayı 19 min 661 olubsa, 2016-cı ilin 6 ayı ərzində bu rəqəm 20 min 612-yə çatıb.

Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planına əsasən? uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi aparılır.

Aparılan işlər sayəsində UBMM–yə müraciət edən 1 yaşına qədər olan uşaqların sayının əvvəlki ilə nisbətdə 40 faiz artması müşahidə olunub.

UBMM-də müalicə alan uşaqların 40 faiz sinir sistemi xəstəliklərindən, 30 faizi dayaq hərəkət sistemi xəstəliklərindən, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10 faizi də başqa xəstəliklərdən əziyyət çəkirlər.