Məzənnə dəyişmədi

-

Azərbaycan Mərkəzi Bankı manatın sentyabrın 1-nə olan məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, sentyabrın 1-də bir dollar 1,6321 manata bərabər olacaq.

Avqustun 31-də də bir dollar elə 1,6321 manata bərabər olub.
Son aylar bəzi günlər istisna olmaqla manat dollara nisbətən tədricən dəyər itirirdi.

Artıq, bir neçə gündür komersiya banklarının bəziləri valyuta satışını dayandırıblar.