ABŞ-ın axtardığı rusiyalı Yerevandan çıxıb

Sergei Mironov

-

Birləşmiş Ştatların çirkli pul yuma və qanunsuz silah satışında ittiham edərək axtardığı rusiyalı Ermənistandan çıxıb. O, daha öncə Yerevanda qısa müddətə saxlanmışdı

Sergei Mironov-un vəkili avqustun 31-də deyib ki, o, Yerevandan Moskvaya uçub.

Mironov avqustun 26-da Yerevanın Zvartnots Beynəlxalq Aeroportunda ABŞ hökumətinin xahişiylə saxlanıb. Amma avqustun 29-da Yerevan məhkəməsi prokurorların vəsatətini rədd edib, Mironovu azad edib.

ABŞ hakimiyyəti Mironovu bu ilin mayında beynəlxalq axtarışa verib, onu çirkli pul yuma və hərbi texnikanın qanunsuz transferində ittiham edir.