Şirvanda bankomat oğurlanıb

Illüstrasiya

-

Şirvan şəhərində bir banka məxsus bankomatın oğurlandığı bildirilir.

APA-nın xəbərinə görə, polisə avqustun 31-i saat 04:00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.