Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Racep Tayyip Erdogan avqustun 26-da telefon söhbəti zamanı Suriyanın Hələb şəhərinə yardım çatdırılması ilə bağlı razılığa gəliblər.
Erdogan Türkiyə ordusunun avqustun 24-də Suriyaya girmədi barədə Putinə məlumat verib.
Liderlər regional təhlükəsizlik və “İslam Dövləti” qrupu da daxil olmaqla bütün terrorçu təşkilatlarla mübarizədə əməkdaşlığın vacibliyini qeyd ediblər.
Erdoganla Putin həmçinin 20-lər ölkələrinin Çin sammiti çərçivəsində görüşmək qərarına gəliblər.